Şirkətimiz

Salamlayırıq sizi hörmətli Müştəri, sizi veb-saytımızda görməyimizə şadıq. Məqsədiniz təmir etdiyiniz evi, dükanı yaxud ofisi müasir və göz oxşayan dizaynda görməkdirsə, doğru seçim etmisiniz.

KERAMiK.AZ 2016-ci ildə Azərbaycanda tikinti materiallarının idxalçısı, topdan və pərakəndə satıcısı kimi fəaliyyətə başlamışdır. Veb-saytımızda geniş çeşiddə təqdim olunan məhsullar haqqında məlumatlarla siz zövqünüzə uyğun keramik kafellər, metlaxlar və dekor döşəmələri seçərək əldə edə biləcəksiniz.

Şirkətimiz dilleri olduğu Azərbaycan bazarında dekor döşəmə VitaCeram-dan (Çin), hamam və tualet üçün kafel, mətbəx üçün kafel, metlax məhsullarını Sadaf Firuza və NovinCeram (İran) kimi dünyada tanınmış keramika istehsalçısı olan şirkətlərin məhsullarının satışını təşkil edir.

Dilleri olduğumuz bu şirkətlər ən son dizayn ideyalarından bəhrələnərək və ən yeni texnoloqiyalardan istifadə edərək, liderlər sırasına çıxaraq keyfiyyətli məhsul təqdimatçısı və etibarlı tərəfdaş adını qazanmışlar. Bu gün Azərbaycanda keramik pilitələr bazarını KERAMiK.AZ şirkətinin təqdim etdiyi ticarət markalarsız təsəvvür etmək çətindir. Dükanlarımızda istənilən zövqə uyğun mətbəx, uşaq, qonaq otağı yaxud ofis üçün klassik və modern keramik pilitələr tapmaq mümkündür.
KERAMiK.AZ'ın satış mütəxəssisləri Siz Müştərilərimizə individual yanaşaraq, sizlərin istəyinizə uyğun - doğru seçim etməkdə yardım edəcəklər. Sizləri daimi Müştərilər sırasında görmək arzusu ilə məhsullarla tanış olmağa dəvət edirik.

Tərəfdaşlarımız

Novin Ceram


Sadaf Tile


Vita Ceram


Tərəfdaşımız olun